Ərəb ekspert: "İŞİD-ə qarşı müharibənin sonu haqqında danışmaq yersizdir"

Ərəb ekspert: "İŞİD-ə qarşı müharibənin sonu haqqında danışmaq yersizdir" "Əl-Ərəbiyyə" telekanalının redaktoru bunu Suriya böhranının davam etməsi ilə əlaqələndirir
Digər ölkələr
10 Yanvar , 2015 12:26
Ərəb ekspert: İŞİD-ə qarşı müharibənin sonu haqqında danışmaq yersizdir

Bakı. 10 yanvar. REPORT.AZ/ "Beynəlxalq koalisiyanın təzyiqi İŞİD-in zəifləməsinə gətirib çıxarıb, lakin Suriya böhranı davam etdikcə bu silahlı qruplaşmaya qarşı müharibənin sonu haqqında danışmaq yersizdir". Bu barədə "Report"a "əl-Ərəbiyyə" telekanalının redaktoru, ekspert Məsud Alfak bildirib.  

Onun sözlərinə görə, İŞİD yaxın gələcəkdə bir neçə döyüşü uduzacaq, lakin ümumilikdə müharibəni deyil: "Bununla yanaşı, İŞİD terrorizmə haqq qazandıran doktrina qəbul edib. Bu doktrina qırıcı təyyarə və toplarla məhv edilə bilməz".

M.Alfak həmçinin insanların müxtəlif ölkələrdən, o cümlədən Avropa dövlətlərindən İŞİD-ə qoşulmalarının və onların tərəfində döyüşmələrinin səbəblərinə toxunub: "Düşünmürəm ki, onlar pul qazanmaq üçün bunu edirlər. Bu məsələ mətbuatda çox şişirdilib. Əksər döyüşçülər sırf ideoloji motivlər və ekstremist dini inanclara görə vuruşur. Onlar "müqəddəs müharibə" uğrunda döyüşdüklərini hesab edirlər".

Ekspert İŞİD-in digər ölkələr, xüsusilə də regionda sabit ölkələrdən biri olan İordaniya üçün nə kimi təhlükə yarada biləcəyi haqqında da danışaraq qeyd edib ki, bu ölkədə vəziyyət nəzarət altındadır, lakin təhlükə hər zaman mövcuddur: "Bu Suriya və İsrail ilə ümumi sərhədlərin olması, eləcə də ekstremist ideologiyaların yayılması ilə əlaqəlidir". 

Son xəbərlər

Orphus sistemi