Bakı. 29 mart. REPORT.AZ/ Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələr ümumi silahlı qüvvələrin yaradılması haqda razılığa gəlib.
"Report" "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
Xatırladaq ki, martın 28-də Misirin Şarm əş-Şeyx şəhərində liqaya üzv dövlətlərin liderlərinin 26-cı sammiti işə başlayıb. Zirvə toplantısının müzakirəsinə ümumi silahlı qüvvələrin yaradılmasına dair qətnamə layihəsi də çıxarılmışdı.