Yuxarı

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb
Görüşdə Yüksək Səviyyəli Strateji Şuranın iclası müzakirə olunub
© tccb.gov.tr

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Nyu-Yorkda ukraynalı həmkarı Petro Poroşenko ilə görüş keçirib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti P. Poroşenko özünün "Twitter" səhifəsində yayıb.

Görüş zamanı Ukrayna-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Şuranın 6-cı iclası müzakirə olunub. 

Qeyd olunur ki, növbəti iclas Kiyevdə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi