Yuxarı

Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"
Türkiyə prezidenti: İsrail terror dövlətidir
© Foto CNNtürk.com

Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında belə bir bəyanatla çıxış edib. Trampın Qüds qərarının yox dərəcəsində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan "İsrail terror dövlətidir", - deyə əlavə edib.

"Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik", - deyə dövlət başçısı bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi