Yuxarı

Ərdoğan Trampın məktubunu zibil qutusuna atıb

​Ərdoğan Trampın məktubunu zibil qutusuna atıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

"Report" xəbər verir ki, bu barədə "BBC News" Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, dövlət başçısı məktub alıb oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.

Daha əvvəl D.Trampın Türkiyənin Suriyada əməliyyatlara başladığı gün həmkarına məktub göndərdiyi məlum olmuşdu. Məktubda Trampın tvitlərinə xas olan ifadələr çoxluq təşkil edir. 

“Hörmətli cənab Prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”, - məktubun birinci abzasında deyilir.

"Özünü sərt oğlan kimi aparma! Axmaq olma! Daha sonra zəng edəcəyəm", - Tramp Ərdoğana yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi