​Ərdoğan: "Rusiya bombardmanı davam etdirdiyi halda danışıqların mənası yoxdur"

​Ərdoğan: "Rusiya bombardmanı davam etdirdiyi halda danışıqların mənası yoxdur" ABŞ danışıqların baş tutmamasına görə Rusiyanı qınayır
Digər ölkələr
4 Fevral , 2016 16:29
​Ərdoğan: Rusiya bombardmanı davam etdirdiyi halda danışıqların mənası yoxdur

Bakı. 4 fevral. REPORT.AZ/ "Rusiya Suriyanın ərazisini bombalayır, insanları öldürür. Sülh və barışıq toplantılarından necə danışa bilərik? Belə bir halda sülh danışığından söhbət gedə bilərmi?!"

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O bildirib ki, Rusiya Suriya ərazilərinin bombladığı halda sülh danışıqlarının mənası yoxdur. R.T.Ərdoğan vurğulayıb ki, fevralın sonunda Suriya məsələsi üzrə danışıqların iştirakçıları görüşəcəklər, amma orada qərar qəbul etmək çətin olacaq: "Danışıqlar yenidən təxirə salınacaq" .

Qeyd edək ki, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqların fevralın 25-dək təxirə salındığını bildirib. ABŞ danışıqların alınmamasında Rusiyanı qınayır. Rəsmi Moskva isə bu məsələdə məsuliyyəti Suriya müxalifətinin üzrəinə qoyur.

Son xəbərlər

Orphus sistemi