Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib

Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Yeni Zelandiyada bir neçə gün əvvəl törədilmiş terror aktına reaksiya verməməkdə ittiham edib.
Digər ölkələr
19 Mart , 2019 02:50
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Yeni Zelandiyada bir neçə gün əvvəl törədilmiş terror aktına reaksiya verməməkdə ittiham edib.

"Report"un məlumatına görə, Türkiyənin dövlət başçısı 7TV telekanalının efirində bildirib ki, Qərb ölkələri, həmçinin onların kütləvi informasiya vasitələri Yeni Zelandiyada baş vermiş terror aktı ilə bağlı vəziyyət haqqında susurlar.

Türkiyə lideri qeyd edib ki, terror aktının həyata keçirilməsində şübhəli bilinən Brenton Tarrantın Yeni Zelandiya hakimiyyətinə verdiyi manifest çox ciddi struktur tərəfindən hazırlanıb.

"Avropa bu hadisənin fonunda öz səsini qaldırdımı? Xeyr. Bu vəziyyətdə Qərb KİV-i özünü olduqca hiyləgər aparır… Niyə Qərb və Qərb KİV-i susur?", - deyə Türkiyə Prezidenti bildirib.

Daha əvvəl Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib. 

Son xəbərlər

Orphus sistemi