Ərdoğan İstanbuldakı partlayışla bağlı nazirlərlə telefonla danışıb

Ərdoğan İstanbuldakı partlayışla bağlı nazirlərlə telefonla danışıb Partlayışla əlaqədar 4 nazir İstanbula gəlib
Digər ölkələr
11 Dekabr , 2016 02:15
Ərdoğan İstanbuldakı partlayışla bağlı nazirlərlə telefonla danışıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində baş vermiş terror aktı ilə əlaqədar ölkənin bir sıra rəsmi şəxsləri ilə telefon vasitəsilə əlaqə saxlayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı hadisələrin gedişini izlədiyini bildirib.

Ərdoğan baş nazir Binəli Yıldırım, daxili işlər naziri Süleyman Soylu, İstanbulun polis rəisi Mustafa Çalışqan ilə ayrı-ayrılıqda telefonla danışaraq onlardan hadisə haqqında məlumat alıb. 

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb. Yaralananların əksəriyyəti polis əməkdaşlarıdır.

Partlayışla əlaqədar 4 nazir İstanbula gəlib. 

Son xəbərlər

Orphus sistemi