Ərdoğan Afrin əməliyyatının tez başa çatacağını bildirib

Ərdoğan Afrin əməliyyatının tez başa çatacağını bildirib "Türkiyə təyyarələri yaraqlıları bombalayır, bazar günü isə quru əməliyyatı başlayıb"
Digər ölkələr
21 Yanvar , 2018 16:50
Ərdoğan Afrin əməliyyatının tez başa çatacağını bildirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatların tezliklə başa çatacağını vəd edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, terrorçuların artıq oradan qaçdığını deyib.

"Biz bu əməliyyatı çox tez bitirəcəyik. Terrorçular oradan [Afrindən] qaçır, biz isə onları birgə qovacağıq", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaraqlıları Türkiyə qırıcıları bombalayır, bazar günü isə Türkiyə sərhədlərinin mühafizəsi üçün vacib olan quru əməliyyatları başlayıb.

Son xəbərlər

Orphus sistemi