Yuxarı

Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib

Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti Ankaranın jurnalist Camal Qaşıqçının qətlində əli olan müttəhimlərin təhvil verilməsi ilə bağlı sorğusunu təmin etmək niyyətində deyil.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Krallığın xarici işlər naziri Adil əl-Cubeyr deyib.

"Biz Camal Qaşıqçının qətlinin istintaqı çərçivəsində öz təbəələrimizi Türkiyəyə verməyəcəyik", - deyə o bildirib.

Bundan əvvəl İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi