Emmanuel Makron Fransa prezidenti kimi ilk səfərini Almaniyaya edəcək

Emmanuel Makron Fransa prezidenti kimi ilk səfərini Almaniyaya edəcək Silvi Qular: "Makron Berlinə getməmişdən əvvəl Fransa qoşunlarının ölkə xaricində fəaliyyət göstərən bölmələrinə baş çəkə bilər"
Digər ölkələr
8 May , 2017 12:04
Emmanuel Makron Fransa prezidenti kimi ilk səfərini Almaniyaya edəcək

Bakı. 8 may REPORT.AZ/ Almaniya yenicə Fransa prezidenti seçilmiş Emmanuel Makronun səfər edəcəyi ilk ölkə olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "CNews" telekanalının efirində avrodeputat və "Demokratik Hərəkat" partiyasının nümayəndəsi Silvi Qular da təsdiqləyib.

O, həmçinin Makronun Berlinə getməmişdən əvvəl Fransa qoşunlarının ölkə xaricində fəaliyyət göstərən bölmələrinə baş çəkə biləcəyini də əlavə edib. Qeyd edək ki, E.Makron seçki kampaniyası zamanı belə addımı istisna etməyib.

Son xəbərlər

Orphus sistemi