Yuxarı
    Bağlamaq

    Emmanuel Makron Dünya İqtisadi Forumunda iştirak etməyəcək

    Bakı. 11 yanvar. REPORT.AZ/ Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

    Bu barədə "Report" RT-yə istinadən xəbər verir.

    "Le Figaro" Yelisey sarayına istinadən bildirir ki, E.Makron "sarı jiletlilər"in etirazlarına görə ölkədəki vəziyyətə nəzarət etməyi planlaşdırır.

    Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp Foruma səfərini ləğv edib.

    İqtisadi forum yanvar 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi