"Emirates" aviaşirkəti də Sinay yarımadası üzərindən uçuşları dayandırıb

"Emirates" aviaşirkəti də Sinay yarımadası üzərindən uçuşları dayandırıb "Lufthansa" və "Air Farnce" şirkətləri ötən gün belə qərar qəbul etmişdi
Digər ölkələr
1 Noyabr , 2015 06:37
Emirates aviaşirkəti də Sinay yarımadası üzərindən uçuşları dayandırıb

Bakı. 01 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Emirates" aviaşirkəti "Lufthansa" və "Air Farnce" şirkətlərinə qoşularaq Sinay yarımadası üzərindən uçuşları dayandırıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, hər üç şirkətin nümayəndələri bu addımı təhlükəsizlik tədbirləri ilə izah ediblər.

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin qəzaya uğradığı Sinay yarımadasında 150 nəfərin cəsədi aşkarlanıb.

Sinay vilayətinin administrasiyası göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin yarımadanın mərkəzi hissəsində, Əl-Kantala və Əl-Laksima rayonları arasında, Əl-Hasna şəhəri yaxınlığında yerə düşdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi