Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb Təyyarə 35 il istifadəsiz qalıb
Digər ölkələr
28 May , 2017 04:18
Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb
new.liveauctioneers.com

Bakı. 28 may. REPORT.AZ/ Kaliforniyada keçirilən hərrac zamanı "rok-n-rollun kralı" olan Elvis Preslinin şəxsi təyyarəsi satılıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, "Lockheed Jetstar 1962" tipli təyyarənin yeni sahibi ona görə 430 min dollar ödəyib. Halbuki, hava gəmisi ilkin olaraq 2-3,5 milyon dollar məbləğində qiymətləndirilirdi.

Alıcının adı açıqlanmır.

Təyyarənin 35 il istifadəsiz qaldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi