Peruda avtobusun çaya düşməsi nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb

Peruda avtobusun çaya düşməsi nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb Bakı. 26 yanvar. REPORT.AZ/ Perunun Uanuko regionunun Ambo əyalətində sərnişin avtobusunun Ualyaqa çayına düşməsi nəticəsində azı 10 nəfər həlak olub.
Digər ölkələr
26 Yanvar , 2019 05:43
Peruda avtobusun çaya düşməsi nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Perunun Uanuko regionunun Ambo əyalətində sərnişin avtobusunun Ualyaqa çayına düşməsi nəticəsində azı 10 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Perunun Fövqəladə Vəziyyətlər üzrə Operativ Mərkəzi "Twitter"də bildirib.

"Hazırda on ölüm faktı qeydə alınıb", - deyə xəbərdə qeyd edilir.

"El Comercio" qəzetinin informasiyasına əsasən, 50 nəfərin olduğu avtobus Limadan Tarapoto (San-Martinin regionu) şəhərinə gedirmiş. Avtobus Tekte şəhərində qəzaya uğrayıb və Ualyaqa çayına düşüb.

Məlumata görə, hadisə zamanı 26 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Qəza zamanı həmçinin daha 3 nəfər itkin düşüb.

Prokurorluq fakt üzrə araşdırma aparır. Hadisənin başvermə səbəbi və təfərrüatlar barədə məlumat yoxdur. 

Daha əvvəl Peruda 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi