Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb

Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb Bakı. 9 mart. REPORT.AZ/ Əlcəzairdə etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 195 nəfər saxlanılıb.
Digər ölkələr
9 Mart , 2019 02:35
Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb

Bakı. 9 mart. REPORT.AZ/ Əlcəzairdə etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 195 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Tsa-Algerie" bildirib.

Nəşrin məlumatına görə, aksiyaların gedişatında 112 polis əməkdaşı xəsarət alıb. Qeyd edilir ki, etirazlar nəticəsində Əlcəzairin paytaxtına da maddi ziyan dəyib.

Küçələrə çıxan etirazçılar prezident Əbdüləziz Buteflikin namizədliyini beşinci müddətə irəli sürməsi qərarına qarşı çıxıblar. 

Daha əvvəl Əlcəzairdə müxalifət qüvvələri prezident Əbdüləziz Buteflikin istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi