Əlcəzairdə "Əl-Qaidə" rəhbərlərindən biri öldürülüb

Əlcəzairdə "Əl-Qaidə" rəhbərlərindən biri öldürülüb Əbu Harun Əlcəzairin şərqindəki terrorçuların rəhbərlərindən idi
Digər ölkələr
4 Noyabr , 2016 22:12
Əlcəzairdə Əl-Qaidə rəhbərlərindən biri öldürülüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Əlcəzair hərbçiləri ölkənin şərqində "Əl-Qaidə" terror qruplaşmasının rəhbərlərindən birini məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Sputnik" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, terrorçu ölkənin şərqindəki Cincel vilayətində öldürülüb. Rəsmi xəbərə görə, Əlcəzair hərbçiləri iki təhlükəli terrorçunu məhv edib. Onlardan biri Əbu Harun Əlcəzairin şərqindəki terrorçuların rəhbərlərindəndir.

Öldürülmüş ikinci şəxs isə onu müşayiət etmiş terrorçu olub. Agentliyin xəbərində həmçinin bildirilir ki, hərbçilər əməliyyat zamanı terrorçulardan iki pulemyot və döyüş sursatı müsadirə ediblər. 

Son xəbərlər

Orphus sistemi