Əlcəzairdə 4 terrorçu tutulub, 2-sinin meyiti tapılıb

Əlcəzairdə 4 terrorçu tutulub, 2-sinin meyiti tapılıb Həmçinin silah-sursat, mobil telefonlar və sənədlər aşkar olunub
Digər ölkələr
25 İyun , 2016 21:53
Əlcəzairdə 4 terrorçu tutulub, 2-sinin meyiti tapılıb

Bakı. 25 iyun. REPORT.AZ/ Əlcəzairin təhlükəsizlik qüvvələri ölkənin müxtəlif rayonlarında aparılan xüsusi əməliyyat zamanı 4 terrorçunu yaxalayıblar.

"Report" xəbər verir ki, bu barədə respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuluqla mübarizə çərçivəsində, həmçinin Ayn Türk rayonunun meşə zolağında iki terrorçunun meyiti, iki "Kalaşnikov" avtomatı, çoxlu sayda döyüş sursatı, mobil telefonlar və sənədlər aşkar olunub.

Bildirilir ki, terrorçularla bərabər onlardan biri ilə əlbir olan daha 4 nəfər də saxlanılıb.

Son xəbərlər

Orphus sistemi