​Əlcəzair prezidenti yenidən xəstəxanaya yerləşdirilib

​Əlcəzair prezidenti yenidən xəstəxanaya yerləşdirilib O, bir ay öncə Fransanın Qrenoble şəhərindəki xəstəxanada 3 gün müalicə olunub
Digər ölkələr
17 Dekabr , 2014 10:04
​Əlcəzair prezidenti yenidən xəstəxanaya yerləşdirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Əlcəzairin prezidenti Əbdüləziz Buteflika Fransada xəstəxanaya yerləşdirilib.

"Report" bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.

Əlcəzairdə çıxan "əl-Vətən" qəzeti yazır ki, 77 yaşlı Buteflika müalicə olunmaq üçün Parisdəki Val-de- Qarse hərbi xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, o, bir ay öncə Fransanın Qrenoble şəhərindəki xəstəxanada 3 gün müalicə olunmuşdu.

Son xəbərlər

Orphus sistemi