“Əl Qaida” terrorçuları Yəməndə qaz borularının bir hissəsini partladıblar

“Əl Qaida” terrorçuları Yəməndə qaz borularının bir hissəsini partladıblar Bakı. 5 dekabr. REPORT.AZ/ “Əl Qaida” terror təşkilatının yaraqlıları bu gün Yəməndə qaz borularının bir hissəsini partladıblar. “Report” xəbər ver...
Digər ölkələr
5 Dekabr , 2016 23:51
“Əl Qaida” terrorçuları Yəməndə qaz borularının bir hissəsini partladıblar

Bakı. 5 dekabr. REPORT.AZ/ “Əl Qaida” terror təşkilatının yaraqlıları bu gün Yəməndə qaz borularının bir hissəsini partladıblar. “Report” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hücum Yəmənin cənubundakı Şabva əyalətinin səhralıq ərazisində baş tutub. Agentlik qeyd edir ki, bu terror hücumu müharibədən əziyyət çəkmiş ölkənin infrastrukturuna ağır zərbə sayıla bilər.

Son xəbərlər

Orphus sistemi