Ekvadorda keçirilmiş prezident seçkilərinin nəticələrinə görə Lenin Moreno lider olub

Ekvadorda keçirilmiş prezident seçkilərinin nəticələrinə görə Lenin Moreno lider olub Prezident seçkilərinin ikinci turu başa çatıb
Digər ölkələr
3 Aprel , 2017 04:35
Ekvadorda keçirilmiş prezident seçkilərinin nəticələrinə görə Lenin Moreno lider olub
FOTO: EPA/JOSE JACOME

Bakı. 3 aprel. REPORT.AZ/ Ekvadorda prezident seçkilərinin ikinci turu başa çatıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Şurasının ilk rəsmi nəticələrində bildirilir.

Məlumata görə, prezident seçkilərinin ikinci turunda "Ölkə alyansı" solçu blokunun namizədi Lenin Moreno səsvermənin nəticələrinə görə daha çox səs toplayıb.

Belə ki, bülletenlərin 92,35 faizinin hesablanmasından sonra Morenonun seçicilərin 51, 05 faizinin səsini toplaması elan edilib. Onun rəqibi, sağ mərkəzçi "CREO" hərəkatının nümayəndəsi, keçmiş bankir Qilyermo Lasso səslərin 48,95 faizini toplayıb.  

Son xəbərlər

Orphus sistemi