Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var - FOTO

Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var - FOTO Bakı. 15 dekabr. REPORT.AZ/ Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
15 Dekabr , 2018 03:50
Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var - FOTO

Bakı. 15 dekabr. REPORT.AZ/ Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "El Comercio" nəşri yazıb.

Bildirilir ki, hadisə ölkənin cənub-şərqində baş verib. Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarında dayanmış bir neçə avtomobilə çırpılaraq aşıb. Qəza zamanı 5 nəfər hadisə yerindəcə həlak olub, daha 38 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qəzanın səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisəyə səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub. 

Son xəbərlər

Orphus sistemi