Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb, 12 ölü, 18 yaralı

Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb, 12 ölü, 18 yaralı Bakı. 25 mart. REPORT.AZ/ Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
25 Mart , 2018 05:03
Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb, 12 ölü, 18 yaralı
Foto: Svit24.net

Bakı. 25 mart. REPORT.AZ/ Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Nəqliyyat İşləri üzrə Milli Komissiyasına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Manabi vilayətində qeydə alınıb. Belə ki, avtobus yolun döngəli hissəsində aşıb. Nəticədə 12 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yerli mətbu orqanlardan bəziləri yaralıların sayının 25 nəfər olduğunu bildirib.

Qeyd edilir ki, qəzanın baş verdiyi döngə "ölüm döngəsi" adlanır.

Son xəbərlər

Orphus sistemi