Ekvadorda keçirilən etiraz aksiyaları zamanı polis əməkdaşları da daxil olmaqla təxminən 450 nəfər xəsarət alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Mariya Paula Romo mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl başlayan nümayişlər zamanı ümumilikdə 86 polis yaralanıb, bundan əlavə, daha 360 nəfər tibbi yardım məqsədilə xəstəxanalaara müraciət edib.
Xatırladaq ki, oktyabrın əvvəlində Ekvadorda hökumətin iqtisadi islahatlarından narazı olan vətəndaşların nümayişləri başlayıb. Ekvador prezidenti etirazlarla əlaqədar olaraq fövqəladə vəziyyət elan edib və hökumət qərargahını paytaxt Kitodan ölkənin qərbindəki Quayakil şəhərinə köçürüb.