Bakı. 15 Avqust. REPORT.AZ/ Ekvadorda Konstitusiyaya dəyişiklik üzrə qanun layihəsinə qarşı etiraz əlaməti olaraq keçirilən irimiqyaslı küçə aksiyası zamanı onlarla polis əməkdaşı xəsarət alıb.
"Report" xəbər verir ki, ölkədə etirazlar hökumətin prezidentə dördüncü dəfə namizədliyini vermək imkanı yaradan qanun layihəsini irəli sürməsindən sonra baş qaldırıb.
Kütləvi aksiyalar zamanı ən azı 67 polis əməkdaşı xəsarət alıb, 47 nəfər saxlanılıb.