Bakı. 16 oktyabr. REPORT.AZ/ Ekvadorda narkotik maddə alverçilərinə qarşı aparılan üç əməliyyat nəticəsində ümumilikdə 1200 ton kokain götürülüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Ən böyük narkotik maddə partiyası Quayakil şəhərində qeydə alınıb – təqribən 0,7 ton. Orada qanunsuz yük partiyası ilə əlaqəli 4 nəfər saxlanılıb. Daha 0,3 ton narkotik maddə ölkə sahilində sürətli qayıqda aşkar edilib. Qayıqda üç nəfər heyət üzvü saxlanılıb. Həmçinin iki nəfər tutulmaqla 0,2 ton kokain Qalapaqoss adalarında müsadirə edilib.
Bundan əvvəl Türkiyədə Səudiyyə Ərəbistanına məxsus təyyarədə 2 milyon dollarlıq narkotik aşkarlanıb.