Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib

Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib Narkotik maddə Avropaya daşınması üçün nəzərdə tutulub
Digər ölkələr
16 May , 2017 17:13
Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib
Business Insider

Bakı. 16 may. REPORT.AZ/ Ekvador polisi dəyəri təqribən 250 milyon dollar məbləğində qiymətləndirilən və 5,53 ton həcmində olan kokain partiyası ələ keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi narkotik maddənin Avropaya daşınması üçün nəzərdə tutulduğunu bildirib.

Narkotacirlərin və onların yükünün ələ keçirilməsi üzrə əməliyyat mayın 12-də baş tutub. Kokain Ekvadorun "La Libertad" limanından çıxan və Panama kanalı vasitəsilə İspaniya yönələn yük gəmisində olub. Nəqliyyat vasitəsi limandan ayrılandan az sonra onu Sakit okeanda saxlayıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, çoxmillətli gəmi ekipajı, eləcə də cinayətkar sindikatın başında dayanan İspaniya və Kolumbiya vətəndaşları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi