Əks-kəşfiyyat: İŞİD ABŞ üçün "əl-Qaidə"dən daha çox təhlükəlidir

Əks-kəşfiyyat: İŞİD ABŞ üçün "əl-Qaidə"dən daha çox təhlükəlidir Nikolas Rasmussen: "İŞİD indi yalnız İraq və Suriyada yox, başqa regionlarda da silahlı fəaliyyət göstərir"
Digər ölkələr
22 Oktyabr , 2015 15:10
Əks-kəşfiyyat: İŞİD ABŞ üçün əl-Qaidədən daha çox təhlükəlidir

Bakı. 22 oktyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti (İŞİD) ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi olan dünyanın aparıcı terror qruplaşması baxımından "əl-Qaidə"ni əvəz edib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Milli Antiterror Mərkəzinin direktoru Nikolas Rasmussen ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitəsində dinləmələr zamanı bəyan edib.

"Bizim qiymətləndirmələrə görə, İŞİD qlobal zorakı ekstremist hərəkatının lideri və Qərblə birbaşa qarşıdurmada olan qrup kimi "əl-Qaidə"ni əvəz edib", - mütəxəssis bildirib.

O qeyd edib ki, bu qruplaşma indi yalnız İraq və Suriyada yox, həm də Əlcəzair, Liviya, Misir, Yəmən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Pakistan, Nigeriya, Qafqaz regionunda, potensial olaraq isə Cənub-Şərqi Asiyada silahlı fəaliyyət göstərir.

N.Rasmussenin sözlərinə görə, mərkəz ilk növbədə İŞİD-lə mübarizəyə diqqət ayırır: "Bu, üç amillə bağlıdır: böyük resurslara - insan, hərbi, maddi-texniki təchizat, maliyyə resurslarına çıxışın olması; geniş ərazilərə - özü də təkcə İraqda və Suriyada yox - nəzarət edilməsi; Qərb ölkələrində çox sayda adamlarla, o cümlədən İraq və Suriyadan ora gedənlərlə əlaqələr".  

Son xəbərlər

Orphus sistemi