Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Əhməd Davutoğlu ilə Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, tərəflər terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə mövzusu ilə yanaşı Şimali İraqda baş verən prosesləri müzakirə ediblər. Son günlərdə İraq-Türkiyə münasibətlərində yaşanan gərginlik ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub.