Əhalinin sürətlə artması Səudiyyə Ərəbistanı hökumətini yeni tədbirlər görməyə məcbur edir

Əhalinin sürətlə artması Səudiyyə Ərəbistanı hökumətini yeni tədbirlər görməyə məcbur edir Ölkənin nəqliyyat sektorunda gün ərzində orta hesabla 12 milyon avtomobil hərəkət edir.
Digər ölkələr
15 Dekabr , 2015 04:10
Əhalinin sürətlə artması Səudiyyə Ərəbistanı hökumətini yeni tədbirlər görməyə məcbur edir

Bakı. 15 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığında əhalinin artımı və ölkədəki inkişaf maşınların da sayının sürətlə çoxalmasına səbəb olur.

Krallığın rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, ölkənin nəqliyyat sektorunda gün ərzində orta hesabla 12 milyon avtomobil hərəkət edir.

Bildirilir ki, Səudiyyə Ərəbistanında sərf olunan enerji mənbələrinin ən azı 23 faizini avtomobil yanacağı təşkil edir. Ölkədə əhalinin sayının 30 milyona çatması avtomobil yollarında tıxacları da gücləndirir. Bu problemi həlli üçün yaxın gələcəkdə 80 kilometrdən çox yeni magistral yollarının salınması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi