"EgyptAir" İtaliya və Fransadan yardım istəyəcək

"EgyptAir" İtaliya və Fransadan yardım istəyəcək Şirkət "A320" təyyarəsinin "qara qutular"ını tapa bilmir
Digər ölkələr
25 May , 2016 16:11
EgyptAir İtaliya və Fransadan yardım istəyəcək

Bakı. 25 may. REPORT.AZ/ Misirin "EgyptAir" aviaşirkəti mayın 19-da Aralıq dənizi üzərində qəzaya uğramış "A320" təyyarəsinin "qara qutular"ının axtarışı üçün digər ölkələrə müraciət edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, aviaşirkət İtaliya və Fransadan yardım istəyəcək.

Qeyd edək ki, mayın 18-də gecə saatlarında Parisdən Qahirəyə uçan təyyarənin göyərtəsində 56 sərnişin, 7 ekipaj üzvü və 3 təhlükəsizlik xidməti əməkdaşı olub.

Qəza nəticəsində göyərtədə olanların hamısı ölüb.

Son xəbərlər

Orphus sistemi