Yuxarı
    Bağlamaq

    Egey dənizində iki gəmi toqquşub

    Bakı. 7 dekabr. REPORT.AZ/ Egey dənizində iki gəmi toqquşub.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukraynadan Misirin Damietta limanına gedən və Hollandiya bayrağı ilə üzən 89 metrlik "Panda" adlı gəmi Ukraynadan Tunisə gedən 69 metr uzunluqlu "Barlas" adlı gəmi toqquşub.

    Hər iki gəminin kapitanı hadisə ilə bağlı Çanaqqala Boğazı Gəmi Qəzası Xidmətlərinə radio vasitəsilə məlumat verib. Qəza zamanı heç bir gəminin heyət üzvü xəsarət almayıb. Amma bununla belə, gəmilərə maddi zıyan dəydiyi bildirilir. 

    Hadisənin təfərrüatı açıqlanmır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi