Egey dənizində 66 suriyalı xilas edilib

Egey dənizində 66 suriyalı xilas edilib Onların arasında 14 qadın və 18 uşaq olub
Digər ölkələr
10 Dekabr , 2016 03:11
Egey dənizində 66 suriyalı xilas edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidməti Egey dənizində rezin qayıq ilə hərəkət edən 34 kişi, 14 qadın və 18 uşağı xilas edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Yunanıstana məxsus dəniz sularında xilas edilən şəxslər suriyalılar olub və onlar ölkənin Xios adasına göndərilib.

Ötən ay Yunanıstana 2 minə yaxın miqrant gəlib. Ümumilikdə isə il ərzində sözügedən ölkə 173 mindən çox qaçqın qəbul edib.

Son xəbərlər

Orphus sistemi