Əfqanıstanda 20 "talibançı" və 1 səhra komandiri məhv edilib

Əfqanıstanda 20 "talibançı" və 1 səhra komandiri məhv edilib "Taliban" silahlıları bununla bağlı heç bir açıqlama verməyiblər
Digər ölkələr
15 Yanvar , 2017 15:18
Əfqanıstanda 20 talibançı və 1 səhra komandiri məhv edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstanda keçirilən hərbi əməliyyatlar zamanı "Taliban" radikal qruplaşmasının 21 silahlısı məhv edilib.

"Report" "TASS" agentlliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, öldürülənlər arasında "Taliban" rəhbərlərindən biri də var. "Son 24 saat ərzində Əfqanıstanın milli polisi ölkənin 4 vilayətində antiterror əməliyyatı keçirib. Kapis, Pərvan, Uruzqan və Hostda keçirilən əməliyyatlar zamanı 21 silahlı, o cümlədən taliblərin bir yüksəkvəzifəli səhra komandiri məhv edilib" – deyə sənəddə bildirilir.

"Taliban" silahlıları bununla bağlı heç bir açıqlama verməyiblər. 

Son xəbərlər

Orphus sistemi