Yuxarı
    Bağlamaq

    Əfqanıstanda göyərtəsində yüksək rütbəli məmurların olduğu hərbi helikopter qəzaya uğrayıb

    General Muhayuddin Ghori aldığı xəsarətlərdən keçinib

    Bakı. 29 noyabr. REPORT.AZ/ Əfqanıstan ordusuna məxsus hərbi helikopter ölkənin şimal-qərbində yerləşən Badğis vilayətində qəzaya uğrayıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, helikopterin göyərtəsində Badğis və Herat vilayətindən olan yüksək rütbəli məmurlar olub.

    Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, helikopter Əfqanıstan Milli Ordusunun bazasında eniş zamanı qəzaya uğrayıb. Qəza nəticəsində general Muhayuddin Ghori aldığı xəsarətlərdən keçinib.

    Hadisə zamanı helikopterin göyərtəsində 11 nəfər olub, onlardan 5-i müxtəlif dərəcəli xəsarətlər alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi