Əfqanıstanın Pul-e-Ələm şəhərində törədilən partlayış nəticəsində yerli rəsmi mənbələrə görə azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Report” “Reporterly”ə istinadən xəbər verir ki, partlayış ölkənin milli ordusuna məxsus 4-cü briqadanın qərargahı qarşısında törədilib.
Kamikadze-terrorçu tərəfindən törədilən hadisənin məsuliyyətini “Taliban” üzərinə götürüb.