Əfqanıstanın şərqində 14 İŞİD terrorçusu zərərsizləşdirilib

Əfqanıstanın şərqində 14 İŞİD terrorçusu zərərsizləşdirilib Əməliyyat zamanı terrorçulara məxsus silah-sursat və partlayıcı maddələr məhv edilib
Digər ölkələr
27 Oktyabr , 2017 02:58
Əfqanıstanın şərqində 14 İŞİD terrorçusu zərərsizləşdirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində ABŞ pilotsuz uçan aparatının endirdiyi hava zərbəsi nəticəsində 14 İŞİD silahlısı ölüb, daha 8-i yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli təhlükəsizlik orqanlarına istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, zərbə İŞİD-in Xocani rayonundakı sığınacağına endirilib. Həmçinin əməliyyat zamanı terrorçulara məxsus silah, döyüş sursatı və partlayıcı maddələr məhv edilib.

Son xəbərlər

Orphus sistemi