Bakı. 11 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Herat vilayətində bazarda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə vilayət başçısının press-attaşesi Cilani Fərhad məlumat verib.
Şindand qəzasının mərkəzi bazarında üçtəkərli motosikl partladılıb.
C.Fərhadın sözlərinə görə, ölənlər arasında iki hərbçi, yaralılar arasında isə qadınlar və uşaqlar da var. O əlavə edib ki, hadisə yerinin yaxınlığında məscid var və partlayış nəticəsində ona böyük ziyan dəyib.
Hələlik terror hücumuna görə məsuliyyəti qruplaşmaların heç biri üzərinə götürməyib.