Əfqanıstanın paytaxtında güclü partlayış olub

Əfqanıstanın paytaxtında güclü partlayış olub Kabildə partlayıcı qurğu yerləşdirilmiş avtomobil hökumət binalarından birinin yaxınlığında partladılıb
Digər ölkələr
11 Aprel , 2016 08:23
Əfqanıstanın paytaxtında güclü partlayış olub

Bakı. 11 aprel. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. Hadisə nəticəsində azı 1 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat verib.

Məlumata görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil paytaxtın işgüzar rayonlarından olan Baqramidə hökumət binalarından birinin yaxınlığında partladılıb.

Son xəbərlər

Orphus sistemi