Bakı. 14 yanvar. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri ötən gecə kamikadzelərin Kabildə törətmək istədikləri partlayışların qarşısını alıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, polis əməkdaşlarının bildirdiklərinə görə, terrorçular paytaxtda bir necə mühüm obyektə eyni vaxtda həyata keçirilən hücum təşkil etməyi planlaşdırıb. Başlanan tədqiqat zamanı hadisənin təfərrüatları dəqiqləşdirilir.
Polis nümayəndəsi Həşmət Stanikzaya bildirib ki, təhlükəsizlik qüvvələri və polisin Baqrami məhəlləsində keçirdikləri birgə əməliyyat nəticəsində 17 terrorçu saxlanılıb, kamikadze kəmərləri aşkar olunaraq götürülüb. Bir kamikadze öldürülüb.
Təhlükəsizlik qüvvələri arasında itki yoxdur. Ərazidə təmizlik işləri aparılır.