Yuxarı

Əfqanıstanda yaraqlılar 10 dinc sakini girov götürüb

​Əfqanıstanda yaraqlılar 10 dinc sakini girov götürüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində yaraqlılar 2 dinc sakini öldürüb, 10 nəfəri girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ariana" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, yaraqlılar Dor Abad şəhərindən Fərahın mərkəzinə gedən nəqliyyat vasitəsini saxlayıblar. Onlar iki sakini öldürdükdən sonra on nəfəri naməlum istiqamətdə özləri ilə aparıblar.

Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik baş vermiş hadisəyə görə məsuliyyəti üzərilərinə götürməyiblər.

Daha əvvəl Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində 8 hərbçi ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi