Əfqanıstanda toyda partlayışı yetkinlik yaşına çatmayan şəxs törədib - YENİLƏNİB

Əfqanıstanda toyda partlayışı yetkinlik yaşına çatmayan şəxs törədib - YENİLƏNİB Nəngərhar vilayətində toyda partlayışı yetkinlik yaşına çatmayan şəxs törədib.
Digər ölkələr
12 İyul , 2019 11:55
Əfqanıstanda toyda partlayışı yetkinlik yaşına çatmayan şəxs törədib - YENİLƏNİB

Nəngərhar vilayətində toyda partlayışı yetkinlik yaşına çatmayan şəxs törədib.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, bu barədə valinin nümayəndəsi Attaula Koqyani məlumat verib.

Partlayış qonaqların tədricən mərasimə toplaşdığı anda baş verib.


***11:16

Əfqanıstanın şərqindəki Nəngərhar vilayətində toy mərasimində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə "Report" "Tolo News"a istinadən xəbər verir.

Qubernatorun nümayəndəsi Attaula Koqyani bildirib ki, hadisə Paçir Va Aqam rayonunda baş verib.

Partlayışın hansı səbəbdən meydana gəldiyi hələ müəyyənləşdirilməyib.

Son xəbərlər

Orphus sistemi