Əfqanıstanda törədilən partlayışda 20-dən çox sakin ölüb - YENİLƏNİB

Əfqanıstanda törədilən partlayışda 20-dən çox sakin ölüb - YENİLƏNİB Bakı. 11 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Nəngərhar əyalətindəki Möhmənd Dərə bölgəsində etiraz aksiyası zamanı terrorçu kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər həlak olub, daha 23 nəfər də xəsarət alıb.
Digər ölkələr
11 Sentyabr , 2018 14:36
Əfqanıstanda törədilən partlayışda 20-dən çox sakin ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Nəngərhar əyalətindəki Möhmənd Dərə bölgəsində etiraz aksiyası zamanı terrorçu kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər həlak olub, daha 23 nəfər də xəsarət alıb. 

Bunu “Report” “Reuters”ə istinadən bildirir.

Ölənlərin və yaralıların sayının daha da artması istisna olunmur.

Həmçinin qeyd olunur ki, yüzlərlə sakinin toplaşdığı nümayişdə törədilən bu terror aksiyasının məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib.


***13:55

Əfqanıstanın Nəngərhar əyalətindəki Möhmand Dərə bölgəsində yerli polis rəisinin tələbi ilə keçirilən etiraz aksiyası zamanı naməlum terrorçu partlayış törədib.

Bu barədə “Report” “Tolo News” telekanalına istinadən xəbər verir.

Həmçinin 1TV telekanalının yaydığı məlumata əsasən, terror aktı nəticəsində onlarla insan həlak olub və yaralanıb.

Son xəbərlər

Orphus sistemi