​Əfqanıstanda törədilən partlayış nəticəsində iki əsgər ölüb, 3-ü yaralanıb

​Əfqanıstanda törədilən partlayış nəticəsində iki əsgər ölüb, 3-ü yaralanıb Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
28 Yanvar , 2016 11:13
​Əfqanıstanda törədilən partlayış nəticəsində iki əsgər ölüb, 3-ü yaralanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Əfqanıstanın Herat vilayətinin Guzar rayonunun Siyavşan kəndində yol kənarına yerləşdirilən bombanın partladılması nəticəsində iki əsgər həlak olub, 3-ü yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Əfqanıstanın qərbində yerləşən Zafar komandanlığının sözçüsü Nəcibullah Nəcibi bildirib.

Onun sözlərinə görə, uzaqdan idarə olunan bomba əsgərləri daşıyan avtomobil ərazidən keçərkən partladılıb. Partlayış nəticəsində hərbçilərin mindiyi zirehli avtomobil yararsız hala düşüb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi