​Əfqanıstanda terrorçu-kamikadze ABŞ hərbçilərinin avtomobil karvanına hücum edib, ölənlər və yaralananlar var

​Əfqanıstanda terrorçu-kamikadze ABŞ hərbçilərinin avtomobil karvanına hücum edib, ölənlər və yaralananlar var Hadisənin məsuliyyətini terrorçu "Taliban" hərəkatı üzərinə götürüb
Digər ölkələr
21 May , 2016 16:15
​Əfqanıstanda terrorçu-kamikadze ABŞ hərbçilərinin avtomobil karvanına hücum edib, ölənlər və yaralananlar var

Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanın mərkəzində, Bahram mahalında terrorçu-kamikadzenin ABŞ Silahlı Qüvvələrinə məxsus avtomobil karvanına hücumunun çoxlu qurbanı var.

"Report" xəbər verir ki, bu haqda "Khaama Press" məlumat yayıb.

Şahidlər bildirib ki, terrorçu partlayıcı dolu avtomobili hərbçilərin maşın karvanına çırpıb. Hadisənin məsuliyyətini terrorçu "Taliban" hərəkatı üzərinə götürüb.

Hakimiyyət bu terror aktını hələ təsdiqləməyib.

Qeyd edək ki, Bahramda ABŞ Silahlı Qüvvələrinin bazası yerləşir. 

Son xəbərlər

Orphus sistemi