Əfqanıstan HHQ "Hakkani şəbəkəsi" qruplaşmasının liderlərindən birini məhv edib

Əfqanıstan HHQ "Hakkani şəbəkəsi" qruplaşmasının liderlərindən birini məhv edib Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstan Hərbi Hava Qüvvələri (HHQ) Hakkani şəbəkəsi qruplaşmasının liderlərindən birini məhv edib.
Digər ölkələr
25 Dekabr , 2018 16:27
Əfqanıstan HHQ Hakkani şəbəkəsi qruplaşmasının liderlərindən birini məhv edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstan Hərbi Hava Qüvvələri (HHQ) "Hakkani şəbəkəsi" qruplaşmasının liderlərindən birini məhv edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Hakkani şəbəkəsi" terror qruplaşmasının hərbi əməliyyatlarına və logistikasına cavabdeh olan Seyfullah HHQ-nin aviazərbələri zamanı digər altı yaraqlı ilə birlikdə öldürülüb", - Əfqanıstan Daxili İşlər Nazirliyi "Facebook" səhifəsində yazıb.

Qeyd olunur ki, yaraqlılar dünən Əfqanıstanın cənub-şərqindəki Paktika vilayətində məhv ediliblər.

"Hakkani şəbəkəsi" digər terror təşkilatları - "Taliban" və "Əl-Qaidə" ilə sıx əlaqədədir.

Son xəbərlər

Orphus sistemi