Yuxarı

Əfqanıstanda terror aktı törədilib, 8 polis həlak olub

Əfqanıstanda terror aktı törədilib, 8 polis həlak olub
Taliban təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədilə oğurlanmış hərbi avtomobildən istifadə edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" terrorçuları polis bölməsinin yaxınlığında mina yüklü avtomobili partladıblar.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 polis həlak olub, çox sayda yaralı var.

Məlumata görə, "Taliban" təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədilə oğurlanmış hərbi avtomobildən istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi