Əfqanıstanda taliblərin hücumu zamanı təhlükəsizlik qüvvələrinin 38 əməkdaşı ölüb

Əfqanıstanda taliblərin hücumu zamanı təhlükəsizlik qüvvələrinin 38 əməkdaşı ölüb Radikal "Taliban" hərəkatının silahlıları NBM-ə hücumu nəticəsində azı 10 polis ölüb
Digər ölkələr
5 Fevral , 2019 10:55
Əfqanıstanda taliblərin hücumu zamanı təhlükəsizlik qüvvələrinin 38 əməkdaşı ölüb

Bakı. 5 fevral. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində radikal "Taliban" hərəkatının silahlılarının nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı azı 10 polis ölüb.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, hadisə dünən gecə baş verib.

Daha 28 təhlükəsizlik qüvvələri əməkdaşı isə taliblərin Kunduz vilayətində həyata keçirdiyi hücum nəticəsində həlak olub. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edən, indi isə istiqaməti böyük şəhərlərə salan radikal "Taliban" hərəkatının silahlıları arasında qarşıdurma gedir. 

Son xəbərlər

Orphus sistemi