Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb Hücum zamanı həmçinin 8 nəfər də yaralanıb
Digər ölkələr
24 Sentyabr , 2017 05:40
Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Qəzni vilayətində "Taliban" silahlılarının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 5 polis əməkdaşı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi yerli qubernatorun mətbuat katibinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, hücum zamanı həmçinin 8 nəfər də yaralanıb.

Hakimiyyət orqanlarının məlumatına görə, silahlıların hücumunun qarşısını alarkən "talibançı"lar da itki verib. Lakin silahlıların itkilərinin dəqiq sayı açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi