Yuxarı

Əfqanıstanda taliblərin hücumu nəticəsində 4 polis ölüb

Əfqanıstanda taliblərin hücumu nəticəsində 4 polis ölüb
Hadisə Qəzni əyalətinin Caqatu rayonunda baş verib

Bakı. 15 aprel. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən sərhəd-keçid məntəqəsində "Taliban" terrorçularının hücumu zamanı 4 polis ölüb, daha 5-i yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli məmura istinadən 1TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum Qəzni əyalətinin Caqatu rayonunda baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi